“Qarabağ” və “Neftçi”dən qələbə
10.02.2026 , 20:55
Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub.
Korner.az xəbər verir ki, 3-cü oyun gününə 2 matç nəzərdə tutulub.
Son çempion “Qarabağ” səfərdə “Şamaxı” ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Digər qarşılaşmada isə “Neftçi” “Qəbələ”ni qəbul edib. Matç “ağ-qaralar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
10 fevral
14:30. “Şamaxı” – “Qarabağ” – 1:2
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Eyyub İbrahimov
Şamaxı şəhər stadionu
19:00. “Neftçi” – “Qəbələ” – 1:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Elvin Bayramov
“Palms Sports Arena”