“Qarabağ” səfərdə, “Sabah” öz meydanında qalib gəldi
02.04.2023 , 20:14

Bu gün Azərbaycan Premyer Liqasında XXVIII turun daha iki oyunu keçirilib.
Korner.az xəbər verir ki, günün ilk matçında lider “Qarabağ” “Şamaxı”nın qonağı olub və 1:0 hesanlı qələbə qazanıb.
Günün digər oyununda “Sabah” azarkeşləri önündə “Qəbələ”ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə bitib – 3:2.
Azərbaycan Premyer Liqası
XXVIII tur
2 aprel
15:30 Şamaxı – Qarabağ – 0:1
Şamaxı şəhər stadionu
Əvvəlki oyunlar: 0:4, 0:4, 1:3
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
18:00 Sabah – Qəbələ – 3:2
“Bank Respublika Arena”
Əvvəlki oyunlar: 2:0, 2:1, 3:0
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Yavər Rəhimov
