“Qarabağ” “Sabah”la yoxlama oyunu keçirəcək
03.06.2020 , 16:29

İyunun 1-dən məşqləri bərpa edən “Qarabağ” Premyer Liqanın XXI turunda qarşılaşacağı “Qəbələ”ylə matçın hazırlıqlarını davam etdirir.
Korner.az xəbər verir ki, komanda iyunun 9-da “Sabah”la yoxlama oyunu keçirəcək.
“Bank Respublika Arena”da keciriləcək qarşılaşma saat 19:30-da start götürəcək.
