"Qarabağ" sabahdan məşqlərə başlayacaq. Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabrın 18-də "Simurq"la qarşılaşacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AZAL-la baş tutan oyundan sonra komandaya 2 günlük istirahət verib.
Milli oyunlarla əlaqədar olaraq yaranacaq fasilə müddətində "Qarabağ" hazırlıqlarını tam heyətlə yerinə yetirə bilməyəcək. Milli futbolçular yığmaların heyətinə yollanıb.
