“Qarabağ” sabahdan etibarən başlayır
06.01.2020 , 22:25

Premyer Liqanın lideri “Qarabağ”da istirahət bu gün başa çatır.
Korner.az xəbər verir ki, Ağdam klubu sabah klubun bazasında bir araya gələrək mövsümün ikinci yarısının hazırlığına start verəcək. Komanda ayın 12-də Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək.
Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında ağdamlılar 4 yoxlama oyunu keçirəcək. Ölkə çempionu yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, 22-də Qazaxıstanın “Jetisu”, 25-də Çexiyanın “Siqma” və Polşanın “Visla Plok” klublarıyla qarşılaşacaq.
