“Qarabağ”dan qələbə, “Sumqayıt” “Keşlə” ilə heç-heçə etdi
13.03.2021 , 21:15

Bu gün Azərbaycan Premyer Liqasında XX tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
Əvvəlcə “Qarabağ” “Sabah”ı qəbul edib. Görüş Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə bitib. Günün son qarşılaşmasında isə “Sumqayıt” “Keşlə” ilə üz-üzə gəlib. Görüş 2:2 hesablı hrç-heçə bitib.
Azərbaycan Premyer Liqası
XX tur
13 mart (şənbə)
17:00. “Qarabağ” – “Sabah” – 2:0
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Əliyar Ağayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Azersun Arena”
19:15. “Sumqayıt” – “Keşlə” – 2:2
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”
