“Qarabağ” – “Sabah” oyununa nə qədər bilet satılıb?
17.09.2023 , 10:51

Azərbaycan Premyer Liqasının 6-cı turunda keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasına bilet satışı davam edir.
Korner.az xəbər verir ki, bu gün keçiriləcək görüşə artıq 4500 bilet satılıb.
Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Matç saat 19:30-da başlayacaq.
