“Qarabağ” – “Sabah” oyunu 5 manata
09.02.2023 , 13:25

Azərbaycan Premyer Liqasının XXII turunda keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasının biletləri sabah 11:00-dan etibarən satışa çıxarılacaq.
Korner.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
Fevralın 11-də keçiriləcək “Qarabağ” – “Sabah” oyunu saat 17:00-da başlayacaq.
