“Qarabağ” – “Sabah” matçının biletləri satışa çıxarılır
06.02.2024 , 17:58
Azərbaycan kubokunun 1/4 final mərhələsində keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasının biletləri sabah saat 12:00-dan “iticket.az”da onlayn şəkildə satışa çıxarılacaq.
Korner.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər sabah “iticket.az”da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Fevralın 8-də keçiriləcək oyuna saat 20:00-da start veriləcək. Komandalar arasındakı ilk oyunda “Qarabağ” qələbə qazanıb – 7:1.