Dekabrın 20-dən istirahətə buraxılan "Qarabağ" sabahdan qış fasiləsini başa vurur.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi yanvarın 9-da təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. Qardaş ölkədə, Antalya şəhərində məskunlaşacaq komanda orada 26 gün hazırlıq prosesində olacaq.
