“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində sabah “Şerif”in qonağı olacaq.
Ağdam təmsilçisi bu gün cavab matçı öncəsi Moldovada son məşqinə çıxacaq.
Saat 21:00-da komanda qarşılaşmanın keçiriləcəyi “Şerif Arena”da məşq edəcək. Məşqin ilk 15
dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
Qeyd edək ki, “Şerif” – “Qarabağ” matçı sabah saat 21:00-da start götürəcək.
