“Qarabağ” “Liverpul”a məğlub oldu
29.01.2026 , 01:57
UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti turun oyunları bu gecə keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” 8-ci tur çərçivəsində İngiltərədə “Liverpul”la qarşılaşıb.
Görüş Ağdam klubunun 0:6 hesablı məğlubiyyəti ilə bitib.
Buna baxmayaraq, Ağdam təmsilçisi digər matçların nəticələrindən asılı olaraq, ilk 24-lüyə düşməyi bacarıb. Beləliklə, “Qarabağ” pley-off mərhələsinə vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 8-ci tur
00:00. “Liverpul” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) – 6:0
Qollar: Aleksis Makallister, 15, Florian Virtz, 21, Məhəmməd Salah, 50, Uqo Ekitike, 57, Aleksis Makallister, 62, Federiko Kyeza, 90
“Enfild” stadionu, Liverpul, İngiltərə.