“Qarabağ” səfərə yollandı
22.07.2019 , 18:16

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda İrlandiyanın “Dandolk” klubunun qonağı olacaq “Qarabağ” səfərə yollanıb.
Korner.az-ın məlumatına görə,klub 16:00-da çarter reysi ilə Dublinə yola düşüb.Komandanı 6,5 saatlıq uçuş gözləyir.
Qeyd edək ki,iyulun 24-də keçiriləcək “Dandolk” – “Qarabağ” matçı Bakı vaxtı ilə 22:45-də başlayacaq.
