“Qarabağ”dan xal itkisi, “Sumqayıt”dan qələbə
16.04.2021 , 22:15

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Turun açılış matçında lider “Qarabağ” səfərdə “Səbail”lə qarşılaşıb. Görüş 0:0 hesablı heç-heçə ilə bitib. Günün digər oyununda “Sumqayıt” doğma meydanda “Qəbələ”ni qəbul edib. Meydan sahibləri 2 cavabsız qolla qalib gəlib.
Tura sabah keçiriləcək qarşılaşmalarla yekun vurulacaq. “Keşlə” “Sabah”ı, “Neftçi” isə “Zirə”ni qəbul edəcək.
Azərbaycan Premyer Liqası, 23-cü tur
16 aprel
18:00 Səbail – Qarabağ – 1:1
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASCO Arena”
______________________________________________________________________________________________________________________________
20:15 Sumqayıt – Qəbələ – 2:0
Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Nahid Əliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
“Sumqayıt Arena”
______________________________________________________________________________________________________________________________
17 aprel
18:00 Keşlə – Sabah
Bakı. ASK Arena
______________________________________________________________________________________________________________________________
20:15 Neftçi – Zirə
Bakı. 8-ci km stadionu
