“Qarabağ” – “Səbail” oyununun vaxtı müəyyənləşdi
05.01.2021 , 14:44

Azərbaycan Premyer Liqasında təxirə salınmış “Qarabağ” – “Səbail” oyununun başlanma saatı və keçiriləcəyi yer müəyyənləşib.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, V turun qarşılaşması yanvarın 28-də keçiriləcək.
“Azersun Arena”da keçiriləcək matç saat 16:00-da başlayacaq.
