“Qarabağ” – “Səbail” matçının biletləri satışa çıxarılır
11.11.2023 , 12:30

Azərbaycan Premyer Liqasının 13-cü turunda keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşmasının biletləri sabah iticket.az-da satışa çıxarılacaq.
Korner.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.
