“Qarabağ” – “Səbail”: biletlər satışda
05.08.2022 , 16:57

Azərbaycan Premyer Liqasının I turunda keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşmasının biletləri sabah – avqustun 6-da satışa çıxarılacaq.
Korner.az xəbər verir ki, bilet satışı saat 11:00-dan oyun başlayanadək davam edəcək.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
Biletləri Iticket.az-dan və “Azersun Arena”nın kassalarından ala bilərsiniz.
Matç saat 20:00-da başlayacaq.
