“Qarabağ” – “Səbail”: biletlər satışa çıxarılır
05.04.2024 , 07:44

Azərbaycan Premyer Liqasının 29-cu turunda keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Xatırladaq ki, aprelin 6-da keçiriləcək “Qarabağ” – “Səbail” oyunu 20:00-da start götürəcək.
