“Qarabağ” “Səbail”ə 5 cavabsız qolla qalib gəldi
11.02.2025 , 20:55

Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə bir matç keçirilib.
“Qarabağ” sonuncu pillədə qərarlaşan “Səbail”i qəbul edib. Qarşılaşma Ağdam klubunun 5 cavabsız qolu ilə bitib – 5:0.
Azərbaycan Premyer Liqası
22-ci tur
11 fevral
19:00. “Qarabağ” – “Səbail” – 5:0
Qollar: Yassin Benzia, 76 – pen; Leandro Andrade, 80, 85, Kadi Borqes, 88, Nəriman Axundzadə, 90+3
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Rahil Ramazanov.
Tofiq Bəhramov adına Respublika stadionu
