“Neftçi”, “Sabah” və “Qarabağ”dan qələbə
13.06.2020 , 22:14

Bu gün Premyer Liqanın 6 klubu yoxlama matçında qüvvəsini sınayıb.
Korner.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Neftçi” “Qəbələ” ilə, “Sabah” isə “Zirə” ilə üz-üzə gəlib. “Ağ-qaralar” bu görüşdə 2:1 hesabı ilə qalib gəlib. “Sabah” isə öz meydanında “Zirə”ni məğlub edib – 1:0.
Günün sonuncu – “Qarabağ” – “Səbail” matçı isə 19.30-da start götürüb. 3 hissəlik görüşdə Ağdam klubu 4:1 hesabı ilə qalib gəlib.
13 iyun
Yoxlama oyunları
19:00. “Neftçi” – “Qəbələ” – 2:1
Qol: Mirabdulla Abbasov, 40, Dario Federiko, 63 – Rövlan Muradov, 26
“Bakcell Arena”
19:00. “Sabah” – “Zirə” – 1:0
Qol: Ceyhun Nuriyev, 90
“Bank Respublika Arena”
19:30. “Qarabağ” – “Səbail” – 3:1
Qol: Mahir Emreli, 23, Kvabena Ovusu, 42, Qara Qarayev,75, Filip Ozobiç, 116 – Bahadur Həziyev, 7
Tofiq Bəhramov adına Respublika Stadionu
