“Qarabağ” Rusiya klubuna qarşı
28.06.2019 , 16:03

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün 3-cü yoxlama oyununu keçiriləcək.
Korner.az-ın məlumatına görə, Qurban Qurbanovun başçılıq etdiyi komanda Rusiyanın “Ufa” klubu ilə qarşılaşacaq.
Premyer Liqa təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan “Ludoqorets”inə 0:2 hesabı ilə uduzub, ardından Rumıniyanın “Krayova” klubu ilə heç-heçə edib.
