UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları davam edir.
Korner.az-ın məlumatına görə, son ölkə çempionu "Qarabağ" da bu gün ilk matçına çıxacaq.
Qurban Qurbanovun yetirmələri Monteneqro çempionu “Rudar”ı qəbul edəcək.
Bakı vaxtı ilə saat 21:30-da başlayacaq matçda Ağdam klubu qalib gəlməklə səfərə daha rahat yollanmaq niyyətindədi.
Qeyd edək ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
15 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu
21:30. “Qarabağ” (Azərbaycan) – “Rudar” (Monteneqro)
Baş hakim: Sebastyan Koltesku (Rumıniya)
Tofiq Bəhramov adına Respublika stadionu
