İyulun 15-də Çempionlar Liqası çərçivəsində keçiriləcək “Qarabağ” – “Rudar” qarşılaşmasının biletlərin iyulun 10-da satışa çıxarılacaq.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, Tofiq Bəhramov adına Respubilka stadionunda baş tutacaq qarşılaşmanın biletlərinin qiymətləri də artıq bəllidir.
Biletlərin satış qiyməti 1,2 və 20 manatdır. 12-17-ci və 29-38-ci sektorlar 2 manat, digər nömrəli sektorlar isə 1 manatdır. VİP bölməyə biletin qiyməti isə 20 manat təşkil edəcək.
