Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda keçiriləcək “Qarabağ” – “Roma” oyununun rəsmi topu hazırdır.
Bu barədə Ağdam klubunun rəsmi “Facebook” səhifəsi məlumat yayıb.
Bakı Olimpiya stadionunda keçiriləcək “Qarabağ” – “Roma” görüşü sentyabrın 27-i saat 20:00-da başlayacaq. Sözügedən oyun üçün satışa çıxarılan bütün biletlər satılıb.
