“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir.
Korner.az-ın məlumatına görə, ağdamlılar dünən hazırlığın onuncu gününü başa vurub.
Axşam məşqi yerli vaxtla 17:00-da (Bakı vaxtıyla 18:00) start götürüb. Futbolçular isinmə hərəkətlərinin ardından toplu çalışmalarla kifayətlənib. Elşən Abdullayev kollektivlə məşqlərini davam etdirir. Reynaldo Silva isə fizioterapivt nəzarəti altında çalışmalarını davam etdirib. Məşq təxminən 90 dəqiqə davam edib.
Zədəli futbolçu Coşqun Diniyev isə məşqə qatılmayıb.
Qeyd edək ki, “Qarabağ” bu gün ilk yoxlama oyunu keçirəcək və “Skenderbeu” (Albaniya) klubu ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtıyla 18:30-da start götürəcək.
