“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov öz şəxsi “facebook” hesabında vətənində qəza keçirən Reynaldo ilə bağlı məlumat yayıb.
Korner.az həmin məlumatı sizə olduğu kimi təqdim edir:
“Mövsümlərarası fasilə dönəmində vətənində olan futbolçumuz Reynaldo idarə etdiyi avtomobillə qəza keçirmişdir. Hadisə zamanı motosiklet sürücüsü xəsarət almışdır. İlkin araşdırmalar zamanı (polisin mövqeyi) baş verən qəzada səbəbkarın motosiklet sürücüsü olduğu aşkarlanmışdır.
Qeyd edək ki, hadisə zamanı Reynaldo içkili olmayıb, polis tərəfindən də bu təsdiqlənib. İlkin tibbi yardımı da məhz futbolçumuz edib. Reynaldonun günahı olmadığından sərbəstdi və hazırda evindədi. Məsələylə bağlı daha geniş bilgini ictimayyətə bildirəcəyik”.
