Bu gün Avroliqanın V turunun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, turnirdəki təmsilçimiz "Qarabağ" səfərdə "Sent-Etyen"in qonağı olub.
Bakı vaxtı ilə saat 00:05-də başlayan oyunda hesabı "Qarabağ" açsa da, 6 dəqiqə sonra rəqib bərabətlik qolunu vurub – 1:1.
Bununla da xal ehtiyatını 5-ə çatdıran təmsilçimiz qrup mərhələsində ən çox xal toplayan Azərbaycan klubu kimi özündə olan rekordu təzələyib.
Qrupun digər matçında "İnter" "Dnepr"i 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Bu nəticələrdən sonra "Qarabağ" qrupda ikinci pilləyə yüksəlib.
"Sent-Etyen" – "Qarabağ" 1:1
Qol: Riki, 22 // Vüqar Nadirov, 15
