“Qarabağ” rekordunu təkrarladı
09.05.2023 , 14:12

Korner.az PFL-ə istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri buna XXXIII turda nail olub.
Ağdamlılar “Qəbələ” ilə ev oyununda 3:0 hesabı ilə qalib gəlib. Bununla da “Qarabağ” klub tarixinin rekordunu təkrarlayıb.
Bölgə təmsilçisi ölkə çempionatında bir mövsüm ərzində qazanılan qələbə sayında ən yüksək göstəriciyə 2015/16 mövsümündə imza atıb. Həmin vaxt 36 matçdan 26-da rəqiblərini məğlub edən “Qarabağ” 7 ildən sonra həmin nəticəni təkrarlayıb. Mövsümün sonuna üç tur qaldığı üçün Qurbanovun komandası bu rekordu yeniləmək imkanına da malikdir.
Bir mövsümdəki qələbə sayında Azərbaycan çempionatlarının rekordu 1992-ci ildə qeydə alınıb. “Neftçi” həmin vaxt 36 oyunda 30 dəfə qalib gəlib.
