“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı
02.08.2023 , 22:00

“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Korner.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv II təsnifat mərhələsinin cavab görüşündə “Rakuv”u (Polşa) qəbul edib. Görüş 1:1 hesabı ilə bitib. Komandalar arasında ilk matç Polşa klubunun qələbəsi ilə (3:2) bitdiyi üçün “Rakuv” mərhələ adlayan tərəf olub.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
2 avqust
Qarabağ – Rakuv (Polşa) – 1:1 (ümumi – 3:4)
Qollar: R.Cica, 60 – F.Tudor, 52
Baş hakim: Sven Yablonski (Almaniya)
