“Qarabağ” – “Rakuv” oyununa nə qədər bilet satılıb?
29.07.2023 , 15:57

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində avqustun 2-də keçiriləcək “Qarabağ” – “Rakuv” (Polşa) oyununa bilet satışı davam edir.
Korner.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq oyuna artıq 15 min 500 bilet satılıb.
Avqustun 2-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.
