Ölkə futbolu

“Qarabağ” Quzanlıda seçim edəcək

22.02.2021 , 16:58

“Qarabağ” Futbol Akademiyası aşağı yaş qruplarına seçimlər elan edir.

Korner.az xəbər verir ki, seçimlər Ağdam rayonu, Quzanlı qəsəbə stadionunda baş tutacaq. Seçimlərdə iştirak etmək istəyən 2006-2013-cü il təvəllüdlü oğlanlar qeydiyyatdan keçmək üçün bu gündən fevralın 26-dək müraciət edə bilərlər.

Seçimlərin əsas mərhələsi martın 5-dən 7-dək reallaşacaq.

Əlaqə nömrələri: 050-646-46-75; 055-400-49-09.

Son yazılar

Yuxarı