Avropa Liqasının qrup mərhələsində səfərdə “Slovan”a uduzan “Qarabağ”ın qrupdan çıxmaq şansı hələ qalır.
Korner.az-ın məlumatına görə, növbəti turda “Fiorentina”nı qəbul edəcək “Qarabağ” qalib gəlsə, digər oyunun nəticəsindən asılı olmayaraq 1/16 final mərhələsinə vəsiqə qazanacaq.
Komanda heç-heçə nəticəsində də qrupdan çıxa bilər. Bunun üçün PAOK – “Slovan” oyunu ya bərabərliklə bitməli, ya da Çexiya təmsilçisi qalib gəlməlidir.
