Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün qalibi “Qarabağ” kubokuna və qızıl medallarına qovuşmaq üçün mövsümün sonunu gözləməyəcək.
Korner.az-ın məlumatına görə, “Qarabağ” mükafatına Azərbaycan Premyer Liqasının XXVII turunda “Azersun Arena”da keçiriləcək “Sumqayıt”la oyundan sonra qovuşacaq.
Qeyd edək ki, “Qarabağ” ardıcıl 4-cü dəfə Azərbaycan çempionu olur.
