Bu gün Azərbatcan kubokunun final matçı keçiriləcək.
Korner.az-ın məlumatına görə, həlledici oyunda çempion “Qarabağ” və çempionatı 4-cü pillədə başa vuran “Neftçi” klubları üz-üzə gələcək.
Son dəfə kubok finalda 1996-cı ildə qarşılaşan bu komandaların duelindən “Neftçi” qalib ayrılıb – 3:0. Paytaxt klubu eyni zamanda kubokun son qalibidir. “Neftçi” ardıcıl 4-cü mövsümdür ki, kubokun finalına yüksəlir.
3 iyun
Azərbaycan Kuboku, final
21:00 “Qarabağ” – “Neftçi” 3:1
Qol: Reynaldo, 4, 39, Muarem Muarem, 84 // Ernest Nfor, 78
Qəbələ şəhər stadionu
