“Qarabağ” Qazaxıstan klubuna qalib gəldi
22.01.2020 , 20:08

Təlim-məşq toplanışı Antalyada davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, Qurban Qurbanovun komandası Qazaxıstanın “Jetısu” klubu ilə qarşılaşıb. Ağdam təmsilçisi bu görüşdə qalib gəlib – 1:0.
Qeyd edək ki, Qurban Qurbanovun komandası ilk oyunda “Akedemika Klinçeni” (Rumıniyan) ilə heç-heçə edib – 2:2.
22 yanvar
18:00 “Qarabağ” – “Jetısu” – 1:0
Qol: Mahir Emreli, 5
