“Qarabağ” Qara Qarayev ilə yeni müqavilə imzaladı
22.05.2019 , 17:49

Qara Qarayev daha iki il müddətində Ağdam təmsilçisinin uğuru üçün çalışacaq.
Klubun rəsmi saytına istinadən verilən xəbər görə, yarımmüdafiəçinin başa çatan müqaviləsi 2021-ci ilə qədər uzadılıb.
Qeyd edək ki, “Qarabağ” klubunun yetirməsi olan Qara Qarayev 2011-ci ildən əsas heyətə cəlb olunub. 26 yaşlı futbolçu meydana çıxdığı 320 rəsmi oyunda 2 qol vurub.
