“Qarabağ” qalib gəldi, MOİK-dən heç-heçə
13.09.2022 , 18:48

Bu gün I Divizionda IV tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
“Qarabağ-2” doğma meydanda “Qaradağ Lökbatan”ı qəbul edib. Görüş “atlılar”ın qələbəsiylə başa çatıb.
Günün digər matçında “Şamaxı-2” MOİK-lə heç-heçəyə razılaşıb.
I Divizion
IV tur
13 sentyabr
Qarabağ-2 – Qaradağ Lökbatan – 2:0
Qollar: Elvin Nəsibov, 74, 84
Şamaxı-2 – MOİK – 1:1
Qollar: Sadiq Hüseynli, 86 – Samir Məmmədzadə, 90+6
