“Qarabağ” “Qalatasaray”la yoldaşlıq oyunu keçirəcək
14.03.2023 , 14:32

“Qarabağ” Türkiyənin “Qalatasaray” klubu ilə yoldaşlıq oyunu keçirəcəyini açıqlayıb.
Korner.az xəbər verir ki, martın 26-da Bakı Olimpiya Stadionunda baş tutacaq oyuna saat 20:00-da start veriləcək.
Oyundan əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
