“Qarabağ” “Qalatasaray”a məğlub oldu
26.03.2023 , 21:55

“Qarabağ” bu gün yoldaşlıq görüşü keçirib.
Korner.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Türkiyənin “Qalatasaray” klubu ilə üz-üzə gəlib.
Bakı Olimpiya Stadionunda keçirilən görüş “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə bitib.
Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
26 mart
Yoldaşlıq görüşü
20:00 Qarabağ – Qalatasaray (Türkiyə) – 1:2
Baş hakim: Əliyar Ağayev (Azərbaycan)
