“Qarabağ” – “Qalatasaray” oyununa böyük maraq
16.03.2023 , 13:36

“Qarabağ” – “Qalatasaray” oyununun biletləri bu gün satışa çıxarılıb.
Korner.az xəbər verir ki, iki saata 25 min bilet satılıb.
Martın 26-ı Bakı Olimpiya Stadionunda keçiriləcək sözügedən görüş saat 20:00-da başlayacaq.
Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Iticket.az-ın satış məntəqələri;
“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.
Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.
