“Qarabağ” – “Qalatasaray”: bir günə nə qədər bilet satılıb?
16.03.2023 , 22:17

“Qarabağ” və Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədi ilə keçiriləcək qardaşlıq görüşünün biletləri bu gün satışa çıxarılıb.
Korner.az xəbər verir ki, ilk gündə 42 min 500 bilet satılıb.
Martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
