“Qarabağ” Qabriel Boşilyanı transfer edir?
23.08.2023 , 10:47

“Monako”nun sabiq futbolçusu Qabriel Boşilyanın “Qarabağ”a keçməsi ilə bağlı xəbərlər əsasını tapmayıb.
Korner.az-ın məlumatına görə, “Kuritiba”nın futbolçusunun “Qarabağ”ın transfer siyahısında olmadığı bildirilir. Bu baxımdan da futbolçunun “köhlən atlar”a keçəcəyi gözlənilmir.
27 yaşlı futbolçu “San-Paolo”, “Monako”, “Standart”(Liej), “İnternasyonal” klublarında oynayıb.
