Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.
Korner.az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" turnirdə ilk matçına çıxacaq.
Ağdam təmsilçisi evdə Lüksemburq çempionu "Düdelanj"ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 20-da Lüksemburqda keçiriləcək.
12 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu
21:00. "Qarabağ" (Azərbaycan) – "Düdelanj" (Lüksemburq) – 2:0
Qol: Riçard Almeyda, 10, 27
Baş hakim: Orel Qrinfild
Yan xətt hakimləri: Danni Krasikov, İdan Yarkoni
Dördüncü hakim: Menaşe Masiah (hamısı İsrail)
