Mövsümün ikinci yarısına Antalyada hazırlaşan "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək.
Korner.az-ın məlumatına görə, Qurban Qurbanov yetirmələrini Almaniyanın "Rot-Veyss Essen" klubu ilə oyunda sınayacaq.
Oyun "İC Santai" otelinin əsas meydançasında keçiriləcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 19.30-da çalınacaq.
Antalya
Yoxlama görüşü
16 yanvar
19.30 Qarabağ (Azərbaycan) – Rot-Veyss Essen (Almaniya) – 1:0
Qol: Çümbinyo 44.
"İC Santai" otelinin əsas meydançası.
