“Qarabağ”dan qələbə, “Sabah”dan darmadağın
09.10.2022 , 21:30

Bu gün Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.
Əvvəlcə lider “Qarabağ” “Qəbələ”nin qonağı olub və 1:0 hesablı qələbə qazanıb.
Turun son oyununda “Sabah” “Kəpəz”i qəbul edib. Görüş Masazır təmsilçisinin 5:0 hesablı qələbəsi ilə bitib.
Azərbaycan Premyer Liqası
IX tur
9 oktyabr (bazar)
17:00. “Qəbələ” – “Qarabağ” – 0:1
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli
Qəbələ şəhər stadionu
19:30. “Sabah” – “Kəpəz” – 5:0
Qollar: Coy Lens Mikels, 22, Aleksey Kaşuk, 39, Anatoli Nuriyev, 42, Aleksey Kaşuk, 52, Namik Ələskərov, 82
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əli Əliyev
“Bank Respublika Arena”
