“Qarabağ” Premyer Liqanın XXVIII turunda qarşılaşacağı “Qəbələ”ylə oyunun hazırlığına başlayıb.
Korner.az-ın məlumatına görə, dünən futbolçularına istirahət verən komandanın baş məşqçisi Qurban Qurbanov futbolçularına istirahət vermişdi.
Bu gün bir məşqlə kifayətlənəcək komanda, sabah Qəbələyə yollanacaq və axşam matçın keçiriləcəyi stadionda məşqə çıxacaq.
Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu aprelin 28-də saat 16:00-da keçiriləcək.
