“Qarabağ” “Qəbələ”yə qalib gəldi
04.12.2023 , 21:31

Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
“Qarabağ” doğma arenasında “Qəbələ” ilə qarşılaşıb. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.
Azərbaycan Premyer Liqası
XV tur
4 dekabr
19:30 Qarabağ – Qəbələ – 3:0
Baş hakim: Tural Qurbanov
Tofiq Bəhramov adına Respublika stadionu
