“Qarabağ”dan qələbə, “Neftçi” “Zirə” ilə heç-heçə etdi
20.04.2022 , 21:58

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Koorner.az xəbər verir ki, bu mərhələnin ilk oyunu Qəbələdə keçirilib. Qəbələnin eyniadlı təmsilçisi “Qarabağ”la qarşılaşıb və 1:3 hesabı ilə uduzub.
Çempionatda avrokuboklara vəsiqə uğrunda mübarizəsini davam etdirən “Zirə”ylə “Neftçi” ölkə kubokunun finalına çıxmaq uğrunda qarşı-qarşıya gəlib. Görüş 0:0 hesablı heç-heçə ilə yükunlaşıb.
Yarımfinalın cavab oyunları aprelin 29-da keçiriləcək.
Azərbaycan kuboku, yarımfinal
İlk oyunlar
20 aprel
“Qəbələ” – “Qarabağ” – 1:3
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu, 17:30
“Zirə” – “Neftçi” – 0:0
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu, 20:00
