Ölkə Kuboku

“Qarabağ” və “Zirə” finalda!

29.04.2022 , 23:17

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Korner.az xəbər verir ki, bununla da turnirin finalçıları müəyyənləşib.

Günün ilk matçında “Qarabağ” “Qəbələ”ni qəbul edib və 5:0 hesabı ilə qalib gəlib.Yarımfinalın digər oyununda isə “Neftçi” “Zirə” ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtında hesab açıkmadığından qalib müəyyğnləşməyib. Penaltilər seriyasında isə “Zirə” 4:2 hesabı ilə rəqibini üstələyərək, finala adını yazdırıb.

Azərbaycan Kubokunun finalı mayın 27-də olacaq.

Azərbaycan Kuboku
Yarımfinal mərhələsi, cavab oyunları

29 aprel (cümə)

17:30. “Qarabağ” – “Qəbələ” – 5:0
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”.
İlk oyun – 3:1

20:30. “Neftçi” – “Zirə” – 0:0 (penaltilər 2:4)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bakcell Arena”.
İlk oyun – 0:0

Son yazılar

Yuxarı