“Qarabağ” Qəbələyə itkilərlə yollandı
19.12.2020 , 19:56

Premyer Liqanın 12-ci turunda səfərdə “Qəbələ”ylə qarşılaşacaq “Qarabağ” bu gün bu matçın hazırlıqlarını klubun bazasında tamamlayaraq Qəbələyə yollanıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk səhifəsi məlumat yayıb. Bildirilib ki, komandanın heyətində 3 futbolçu – Şahruddin Məhəmmədəliyev, Xayme Romero və Zamiq Əliyev 14 günlük karantin rejimində olduğu üçün bu matçda iştirak etməyəcək.
Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” matçı sabah, saat 15:00-da start götürəcək.
